İsrail ordusu Livan ərazisindən yeni atəşə məruz qalıb.
Oxu24.com xəbər verir ki,Bu barədə IDF Telegram kanalında məlumat verilib.
“Son yarım saat ərzində Livan sərhədi boyunca İsrail ordusunun bir neçə postuna atəş açılıb. Bundan əlavə, İDF-nin tankına tank əleyhinə raket atılıb”, - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, İsrail hərbçiləri artilleriya ilə cavab verir.
Bundan əvvəl Livanla sərhəddə İsrail Müdafiə Qüvvələrinin atəşə tutulduğu bildirilirdi.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmağa qərar verib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR