Fələstin Mülki Müdafiə İdarəsi, İsrailin ağır bombardman etdiyi Qəzza zolağında 1000-dən çox insanın dağıntılar altında qaldığını təxmin etdiklərini açıqlayıb.
Oxu24.com xəbər verir ki,Mülki Müdafiə İdarəsinin rəsmisi Məhəmməd əl-Muğayyar jurnalistlərə bildirib ki, Qəzzada dağıntılar altında hələ də sağ qalanlar var.
Müğayyar bildirib ki, İsrail Qəzzada mülki əhalinin yaşadığı 2180-dən çox binanı birbaşa hədəfə alıb.
İsrailin hücumlarının xilasetmə işlərini təhlükə altında qoyduğunu bildirən Muğayyar, "Qruplarımız dağıntılar altında 1000-dən çox adamın olduğunu təxmin edir", deyə bildirib.
Dağıntılar altında qalanların xilas edilməsi üçün işlərin davam etdiyini deyən Muğayyar məhdud avadanlıq və imkanlarla işlərin davam etdiyini bildirib.
Muğayyar dağıntılar altından sağ olanların və ya cəsədlərin xilas edilməsi üçün təcili beynəlxalq yardıma çağırıb.
Fələstinə ikili standartların tətbiq edilməməsi lazım olduğunu vurğulayan Muğayyar, zəlzələdən zərər çəkmiş ölkələrdə olduğu kimi Fələstinə də beynəlxalq yardımların göstərilməli olduğunu bildirib.
İsrailin də onları hədəf aldığını deyən Muğayyar, humanitar yardım edən insanların beynəlxalq qanunlara uyğun olaraq qorunmalı olduğuna diqqət çəkib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR