Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9658
az

\"Ölkədən çıxıb getmək istəyirəm\" - Nadir Qafarzadə

19:2105 Fevral, 2019
747
  • A
Həyat məni sıxır. Elə davranıram ki, oğullarım mənim üzümə qayıtmasınlar. Bəlli bir yaş var. Uşaqlarla o qədər ehtiyatla davranıram... Allah valideyni o gündən qorusun ki, övlad üzünə dayana. Dayandısa, get özünü as öldür.

Oxu24.com bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Hər şey daxil" verilişində deyib. Sənətçi İsveçrədə təhsil alan övladının onu sosial şəbəkədə təhqir edən şəxsə əsəbiləşməsindən söz açıb:

"Anası mənə dedi ki, İnstaqram başımıza oyun açacaq. Oğlum İsveçrədə oxuyan ərəfə idi. İnstaqram-da məni təhqir ediblər, deyib, təcili Bakıya gəlirəm, atamı təhqir ediblər. Dedim, ata hələ ölməyib, öz dərsini oxusun".

Nadir sosial şəbəkə istifadəçilərini tənqid edib:

"Zəmanə çox pisdir, insanlarda getdikcə pisləşir, pozğunlaşırlar. Sosial şəbəkə çox şeyi üzə çıxardı. Kaş "Facebook", "İnstagram" olmazdı, bəzilərini bu qədər tanımazdım. İnstaqram-da nələr baş verir... Biz kimə nəyi göstəririk? Bu ölkədən çıxıb getmək istəyirəm. Torpağımdan küsmürəm, insanların aqressiyasından inciyirəm. Nə paylaşırsan, yalandan deyirlər şəhidlərimizi paylaşın da... O gün bir paylaşım etdim şəhidlərlə bağlı, heç 10-15 bəyəni gəlmədi. Amma bir tərbiyəsiz video qoy, hamı "like" qoyacaq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzaya düşən Aila: "Bu da mənim sınağım idi" - VİDEO
Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır

Arılar niyə sancdıqdan sonra ölür?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Bakıda 9 avtomobildən və 7 evdən oğurluq    edənlər      tutuldu