Qısa müddət ərzində Almaniyanın Vitten şəhərində naməlum şəxslər iki dəfə İsrail bayrağını cırıblar.
Oxu24.com xəbər verir ki,bu barədə yerli polis məlumat yayıb.
"Oktyabrın 12-dən 13-nə keçən gecə Vittendə qaldırılan İsrail bayrağı sökülərək cırılıb", - deyə polis bildirib.
CCTV görüntülərinə görə, bunu tünd saçlı və açıq rəngli paltar geyinmiş bir kişi edib. İkinci belə hal oktyabrın 13-də səhər saatlarında qeydə alınıb. Naməlum şəxs yeni qaldırılan bayrağı da cıraraq yerə atıb. Lakin hər iki halda onun eyni şəxs olub-olmadığı məlum deyil. Oxşar hadisə Leverkuzendə də baş verib.
Müəllif:Aət
Oxu24.com
ŞƏRHLƏR