Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96564
az

Misir Qəzza zolağına humanitar yardımın çatdırılması üçün ABŞ-dan təhlükəsizlik zəmanəti istəyir

21:0615 Oktyabr, 2023
112
DÜNYA
  • A

Misir prezidenti Əbdülfəttah əs-Sisi Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkendən Qəzza zolağına humanitar yardımın çatdırılması üçün təhlükəsizlik zəmanəti istəyib.

 

Oxu24.com xəbər verir ki,onun sözlərini Reuters agentliyi yayıb.

 

Digər təfərrüatlar hələlik verilməyib.

 

Bundan əvvəl Fəttah əs-Sisi bildirib ki, Qahirə heç bir şərt olmadan İsrail və Fələstin arasında vasitəçi olmağa hazırdır.

 

Daha sonra BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, İsrail Qəzza zolağından humanitar dəhlizlərin açılmasına hələ də razılıq verməyib.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, ölkə hakimiyyəti Misirlə rusların Fələstin-İsrail münaqişəsi zonasından çıxarılması məsələsi üzərində işləyir. Diplomat bu barədə “Rusiya-Türkiyə: əməkdaşlığın gücləndirilməsində medianın rolu” adlı dəyirmi masada danışıb.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Rusiyaya qarşı sanksiyaları uzadacaq
Məhkəmə keçmiş qazax deputata 8 ilhəbs    cəzası   verdi
Şahzadə Diananın malikanəsi aktyora miras qalacaq -FOTOLAR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+