Radikal İslami Müqavimət Hərəkatı (HƏMAS) özünün Telegram kanalında Tel-Əvivə raket zərbəsi endirdiyini bildirib.
Oxu24.com xəbər verir ki, əl-Qəssam Briqadaları mülki şəxslərə hücuma cavab olaraq Təl-Əvivə raket hücumu həyata keçirib”, - məlumatda deyilir.
Bundan əvvəl Fələstin HƏMAS hərəkatının siyasi bürosunun lideri İsmayıl Haniyə Qəzza zolağından köçmək əvəzinə fələstinlilərin əcdadlarına məxsus torpaqları geri qaytaracağına söz vermişdi.
Onun sözlərinə görə, HƏMAS-ın yalnız bir xətti var - öz torpaqlarına və əcdadlarına məxsus evlərinə qayıtmaq. Haniyyə hesab edir ki, bu iş uzaq və əlçatmaz bir şey deyil, yaxındır.
Bundan əvvəl Haniyə bildirib ki, Qəzza zolağı sakinləri döyüşlər zamanı anklavı tərk etməyəcək və Misirə sığınmayacaqlar.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR