"Hal-hazırda Akademik Musiqili teatrında "Əliqulu evlənir" pyesini səhnələşdirirəm. Teatrda tamaşa hazırlamaq bir imtahandır. Sabit Rəhmanın "Əliqulu evlənir" əsəri əsasında mən liberetto yazmışam. Əsərin musiqisinin müəllifi Oqtay Rəcəbov, şeirləri isə əziz və istedadlı şairimiz Baba Vəziroğlu yazıb. "Əliqulu evlənir" tamaşası bu günki günlə səsləşir. Bu gün hansı mövzular daha aktualdır? Eşqbazlıq azarı, vəzifə azarı, bir də qohumluq əlaqələri. Tamaşaçılar gəlib baxanda öz-özlərinə sual verəcək ki, bu Əliqulu necə evlənir? Ümumiyyətlə evlənə bilirmi? Bütün bu suallara tamaşaya baxandan sonra cavab tapacaqsız".
OXU24.COM xəbər verir ki, bunu xalq artisti İlham Namiq Kamal deyib. Sənətkar gənclərə tövsiyyə də verib.
"Bəzən məndən soruşurlar ki, gənc aktyorlara nə tövsiyyəniz ola bilər? Deyirəm ki, əgər onların istedadı varsa, bir az da ağıl arzulayıram. Ağıl varsa, hər bir dövrün müasir fərdi olacaqlarda, deməli onlar sənətkar olacaqlar. Bu birmənalı şəkildə belədir. Ağılsız insan heç nəyə nail ola bilməz" deyə sənətkar bildirib.
İlham Namiq Kamaldan "Qaynana" filmində birlikdə çəkildiyi məşhur aktrisa İnara Quliyevanı da xəbər aldıq.
"Qaynana" filmində Afət rolunu oynayan İnara Quliyeva ilə hal-hazırda heç bir əlaqəm yoxdur. Sovetlər dövrü dağılandan sonra əlaqəmiz itdi. Çox istedadlı aktrisadır, Rusiyadakı Opera teatrında işləyir. Bu günlərdə bir məlumat əldə etdim ki, İnara xanım həm də televiziya üçün ssenarilər yazır. Öz quruluşları var. Azərbaycan onun üçün çox iş görüb. Onun tanınması biləvasitə elə "Qaynana" filmi ilə bağlı olub. Əlbəttə ki, görüşmək istərdim. Söhbət edərdik, hal-əhval tutardıq. Görün bu filmin üstündən nə qədər keçsə də, film bu gün də böyük maraqla izlənilir" deyə xalq artisti bildirib.
ŞƏRHLƏR