Qaynar xətt:

(+99450) 247 90 86

Lerikdə zəlzələ oldu

CƏMİYYƏT

247

15.10.2023, 14:41

Oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lerik rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ ocağının dərinliyi 16 kilometr olub.

Qeyd edək ki, oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkəran stansiyasından 12 kilometr şimalda maqnitudası 3.2 olan zəlzələ baş verib.