Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur kəndində su kanalında müşahidə olunan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən Oxu24.com-a verilən xəbərə görə, FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxu24.com
ŞƏRHLƏR