Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96510
az

“Arayik həbsxanada kitab istəyib”

18:2914 Oktyabr, 2023
284
DÜNYA
  • A

“Arayikin səhhəti normaldır. Saxlanma şəraitindən razıdır. O, heç bir narazılıq bildirməyib”.

Bu sözləri  Arayik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.

O bildirib ki, Arayikin müdafiəsi üçün hər bir şərait yaradılıb:

“Kitab istəyirdi, təmin edilib. Arayik ailəsi ilə əlaqə saxlayıb. Onun müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir. Beynəlxalq təşkilatlardan hələ ki, onunla görüşən olmayıb. Ailəsi və yaxud yaxınları tərəfindən sovqat göndərən də yoxdur. Azərbaycan qanunvericiliyinə görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Arayikin yeganə vəkili mənəm. Vəkil olaraq heç bir çətinliyim yoxdur. Digər məsələlər istintaq sirri sayıldığı, verilən hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün əlavə məlumat verə bilməyəcəm. İstintaq bitəndən və iş məhkəməyə gedəndən sonra Arayik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəm”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...
Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Zaqatalada daha bir yeni doğulan körpə öldü