Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96493
az

Fələstinin Rusiyadakı səfiri Qəzza sakinlərinin təxliyə tələbinə münasibətindən danışıb

15:1414 Oktyabr, 2023
117
DÜNYA
  • A

Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl bildirib ki, ərəblər Təl-Əvivin tələbi ilə Qəzza zolağından çıxmağa hazırlaşmırlar.

Oxu24.com xəbər verir ki,bu barədə TASS yazır.

“Bu, bizim torpağımızdır, vətənimizdir, evlərimizdir. Niyə biz Sinay yarımadasına getməliyik?”, o vurğulayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Avichai Adrai bildirib ki, İsrailin quru əməliyyatı öncəsi fələstinlilərə Qəzza zolağının cənubuna təxliyyə etmək üçün daha 6 saat vaxt veriləcək. İDF tərəfindən verilən müddət oktyabrın 14-də Moskva vaxtı ilə saat 16:00-da başa çatacaq.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib
Macarıstanın Parisdəki səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu