Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9649
az

SON DƏQİQƏ! Ermənilər azərbaycanlı əsiri azad etdi

17:0905 Fevral, 2019
971
HƏRBİ
  • A
 
2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.

Bu barədə jurnalistlərə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olduğu vurğulanıb.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Ermənistan KİV-lərinin xəbərinə görə, Elnur Hüseynzadə iki il həbsdə olduqdan sonra azadlığa çıxıb.

Qarabağ separatçılarının nümayəndəsi David Babayanın sözlərinə görə, Hüseynzadə Azərbaycana qayıtmaq istəməyib.

“O. əvvəlcədən Azərbaycana qayıtmaqdan imtina etmişdi. Belə hallarda beynəlxalq təcrübədə qəbul olunduğu kimi, o, üçüncü ölkəyə yollanacaq”, - Babayan erməni jurnalistlərə deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu postları düşməndən aldı
Zakir Həsənov: “Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır
Dünyanı lərzəyə salan Bordo Bereleilerin sirri yayıldı: Qolu bağlı suya salınan əsgər necə sağ çıxır?

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO