İsrail Müdafiə Qüvvələri öz Telegram kanalında Livandan ölkəyə girməyə cəhd edən qrupun zərərsizləşdirildiyini bildirib.
Oxu24.com xəbər verir ki,“İD-yə məxsus pilotsuz uçan aparat terrorçuların hücrəsinə hücum edib və bir neçə terrorçunu məhv edib”, - məlumatda deyilir.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş İsrail və Livan sərhədində qarşılıqlı atəşə son qoymağa çağırıb. Beynəlxalq təşkilatın rəhbəri bu barədə BMT Təhlükəsizlik Şurasının qapalı iclası başlamazdan əvvəl açıqlama verib.
Əldə edilən məlumata görə, görüş iştirakçıları Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edəcəklər. Eyni zamanda, tədbir ərəfəsində beynəlxalq təşkilatın baş katibi qeyd edib ki, İsrail və Livan orduları arasında zərbə mübadiləsi ciddi narahatlıq doğurur.
Həmçinin, jurnalistlərlə danışan BMT rəhbəri Qəzza zolağında səhiyyə sisteminin kritik vəziyyətinə diqqət çəkib. Onun sözlərinə görə, çoxlu sayda yaralı və xəstəxanaların atəşə tutulması səbəbindən dağılmaq ərəfəsindədir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR