İsrail-Fələstin müharibəsi zamanı urnalistlər canlı yayımda hücuma məruz qalıb
Oxu24.com xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən Reuters əməkdaşlarının Livan sərhəddindəki dəhşətli qışqırıqları canlı yayımda əks olunub.
İngiltərədə fəaliyyət göstərən Reuters agentliyinin əməkdaşları canlı yayım zamanı İsrail bombası ilə hücuma məruz qalıb. Onların ağrıdan qışqırdıqları anlar anbaan lentə alınıb.
Canlı yayımın aparıldığı ərazidə partlayış olub.
Partlayışdan sonra kameranın yerləşdiyi yerdən tüstü qalxıb. Bir qadın işçi qışqırdı ki, nə oldu, ayaqlarımı hiss etmirəm. Bir müddət sonra Retures-in canlı yayım ekranı qaralıb.
Hadisə zamanı Reuters agentliyinin operatoru ölüb
Livanın rəsmi agentliyi olan NNA, ölkənin cənubunda, İsraillə sərhəddə yerləşən Alma Şaab qəsəbəsində təşkil edilən hücumda 1 jurnalistin öldüyünü, 3 jurnalistin yaralandığını bildirib.
Ölən jurnalistin Reuters xəbər agentliyinin operatoru İssam Abdullah olduğu bildirilib.
Qətərdə yerləşən Əl-Cəzirə televiziyası canlı yayımda yaralanan iki jurnalistin öz işçiləri olduğunu açıqlayıb.
AA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hücumda yaralanan 5 jurnalist xəstəxanaya aparılıb.
İsrail-Fələstin münaqişəsi blokadada olan Qəzza zolağında şiddətli müharibəyə çevrilib. Bu dövrdə İsrail ordusu ilə Livan Hizbullahının qarşılıqlı hücumları ilə bu bölgə yenidən qızışdı. İsrail ordusu şimal sərhədində döyüş hazırlığı vəziyyətindədir.
Müəllf:Nigar
Oxu24.com
ŞƏRHLƏR