“Oktyabrın 7-də Qəzza zolağından İsrailə sızan HƏMAS yaraqlıları şəhərlərin və hərbi bazaların ətraflı xəritələrinə malik idilər”.
Bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
“Onlar İsrail zirehli maşınlarının zəif nöqtələri haqqında da ətraflı məlumatlara malik idilər”, - yazıda bildirilib.
Nəşr hücumların baş verdiyi yerlərdən və öldürülən yaraqlılardan tapılan sənədlərdə ərəb dilində yazılmış təfərrüatlı təlimatların hücumun yüksək səviyyədə planlaşdırıldığını, eləcə də, HƏMAS-ın kəşfiyyat məlumatlarının ciddi miqyasından xəbər verdiyini bildirib.
Keçmiş İsrail kəşfiyyatçısı Maykl Milşteyn nəşrə açıqlamasında deyib ki, onlar hədəflərinin nə olacağını dəqiq bilirdilər.
Onun sözlərinə görə, HƏMAS-ın əvvəlki heç bir əməliyyatlarında bu səviyyədə planlaşdırma olmayıb.
Oxu24.com
ŞƏRHLƏR