Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul (R-Texas) deyib ki, millət vəkillərinin İsrailə hərbi yardımla bağlı razılığa gəlməsi aylar olmasa da, həftələr çəkəcək.
Oxu24.com xəbər verir ki,Bloomberg TV-yə müsahibəsində o, bu müddətləri Nümayəndələr Palatasının daimi sədrinin olmaması ilə izah edib.
Biz İsrailə bu yardımı göstərə bilmirik. İsrailin özünü müdafiə etməsi üçün lazım olan paketi razılaşdırmaq aylar olmasa da, həftələr çəkəcək”, - deyə Makkol bildirib.
Respublikaçının fikrincə, konqresmenlər siyasi böhranı tez aradan qaldırmalı və onun daha da dərinləşməsinə yol verməməlidirlər.
“Vaxtımız tükənir. Bu, çox təhlükəlidir. Əgər yardım paketini vaxtında qəbul etməsək, milli təhlükəsizliyin və müttəfiqlərimizin maraqlarını təmin edə biləcək müvəqqəti spiker təyin etməli olacağıq”, o vurğulayıb.
Makkolun qeyd etdiyi kimi, Birləşmiş Ştatların missiyası “Qəzzada təhlükənin qarşısını almaq” və münaqişənin eskalasiyasını məhdudlaşdırmaqdır.
Politico daha əvvəl yazmışdı ki, ABŞ prezidenti Co Baydenin administrasiyası HƏMAS-ın yəhudi dövlətinə hücumu fonunda İsrailin əlavə hərbi yardım tələbini təcili şəkildə yerinə yetirir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR