Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96455
az

İsrail Misir və İordaniya ilə koordinasiyanın davam etdiyini açıqlayıb

14:4613 Oktyabr, 2023
111
DÜNYA
  • A

İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Valid Əbu Haya RİA Novosti-yə bildirib ki, İsrail hakimiyyəti daim qonşu Misir və İordaniyanın hakimiyyət orqanları ilə koordinasiya edir.

Oxu24.com xəbər verir ki,Onun sözlərinə görə, İsrail ordusunun hava hücumlarında məqsəd yalnız Fələstinin HƏMAS hərəkatı ilə mübarizə aparmaqdır.

“İsrailin məqsədi keçən şənbə günü şahidi olduğumuz hadisələrin təkrarlanmasının qarşısını almaq üçün HƏMAS-ın hərbi imkanlarını zəiflətmək və aradan qaldırmaqdır”, deyə o bildirib.

Vəlid Əbu Həyya Misir və İordaniya tərəfləri ilə koordinasiyanın gündəlik həyata keçirildiyinə aydınlıq gətirərək, İsrailin hər iki ölkə ilə ortaq sərhədlərə və sülh müqavilələrinə malik olduğunu vurğulayıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla söhbətində bəyan etmişdi ki, iki ayrı dövlət yaranarsa, İsrail və Fələstin arasında münaqişə sona çata bilər.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Bundan əvvəl İDF ölkə ordusunun Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibənin növbəti mərhələlərinə hazırlaşdığını bildirmişdi.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkədən qoşunları tamamilə geri çəkdi
Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxıb
Canlı efirdə zəlzələ: Maya Sandunun çətin anları -VİDEO