Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96408
az

40 uşağın başı kəsilib - HƏMAS-ın misilsiz vəhşiliyi - FOTO

18:5812 Oktyabr, 2023
217
DÜNYA
  • A

OXU24.COM  BBC News-a istinadən bildirir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi Conatan Konrikusun sözlərinə görə, HƏMAS-ın Beeridə uşaqları qətlə yetirərək onların başlarını kəsməsi barədə indiyədək iddia, hətta feyk sayılan məlumat gerçəkdir.

"Uşaqların vəhşicəsinə qətlə yetirilməsi barədə məlumatı onlarla dinc israillinin vəhşicəsinə qətlə yetirildiyi Beeri kibutsunda olmuş koroner verib. Etiraf edirəm ki, bu məlumatı gerçəkdən də anlamaq və təhlil etmək üçün zamana ehtiyacımıh vardı. Hətta HƏMAS-ın belə vəhşilik törətdiyinə inanmaq, sözü açığı, çətin idi", - C.Konrikus söyləyib.

Onun sözlərinə görə, HƏMAS-ın həmin cinayəti törətdiyini "indi nisbi əminliklə söyləmək olar": "Orada hər tərəfdə tanınmaz hala salınmış cəsədlər vardı".

Mediada bir qədər əvvəl yer almış xəbərlərə görə, HƏMAS-ın hücumuna məruz qalmış Beeri və Kvar-Aza kibutslarında çoxsaylı qadın, uşaq cəsədləri aşkarlanıb. Uşaq cəsədlərinin başlarının kəsildiyi iddia olunurdu.

"Zaka" axtarış-xilasetmə qrupunun volontyorlarının dediklərinə görə, Beeri kibutsunda ən azı 100 israillinin cəsədlərini aşkarlayıblar: "Özü də bu rəqəm son deyil".

Qəzza bölgəsinin yaxınlığındakı Kvar-Aza kibutsunda isə 200 dinc sakinin, habelə 40 uşağın cəsədlərinin aşkarlandığı vurğulanır.

Məqaləyə dair fotomateriallar:

Məqaləyə dair fotomateriallar:

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb