Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96383
az

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

10:5812 Oktyabr, 2023
356
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün İmişli, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Oxu24.com-a  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı oktyabrın 12-də saat 07:00-dan etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşağından, həmçinin bu gün saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”, “Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”, “Axundov” Qaz Paylayıcı Stansiyalarından və “Əlillər evi” Qaz Tənzimləmə Məntəqəsindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var
Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb