HƏMAS-ın silahlı qanadı İsrailin cənubunda yerləşən Aşkelon şəhərinə zərbələr endirib.
Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
Həmçinin bildirilir ki, HƏMAS son üç saat ərzində şəhəri altıncı dəfə atəşə tutduğunu bildirib.
Bundan əvvəl İsrailin cənubundakı Aşkelon və Aşdod şəhərlərində hava hücumundan həyəcan siqlanı səsləndiyi bildirilir.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR