Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96329
az

Qazaxıstan Özbəkistana neft tədarükünün artırılması məsələsini nəzərdən keçirməyə hazırdır

10:2611 Oktyabr, 2023
503
İQTİSADİYYAT
  • A

Qazaxıstan hakimiyyəti Daşkənddən daha yaxşı qiymət şərtləri yaranarsa, Özbəkistana neft tədarükünü artırmağı nəzərdən keçirməyə hazırdır.

Oxu24.com  xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Departamentin bəyanatında qeyd olunur ki, Özbəkistana neft tədarükü Şağır neft yükləmə stansiyasından (Şımkent) və Kasımov neft nasos stansiyasından (Atırau) həyata keçirilir.

"Əgər Özbəkistan tərəfi Çin və ya digər xarici ölkələrlə müqayisədə daha yaxşı qiymətlər və şərtlər təklif edərsə, biz tədarükün artırılmasını nəzərdən keçirməyə hazırıq", - nazirlik bildirib.

Bundan əvvəl Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirmişdi ki, Qazaxıstan hakimiyyəti oktyabrın sonunadək Rusiya qazının Özbəkistana nəqlinə başlamaq niyyətindədir.

İdarə rəisi qazın ölçülməsi üçün ayrıca xəttin ayrılması ilə bağlı işlərin yekunlaşdırılmasından danışıb.

Sentyabrın sonunda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Almaniyanın Federal Kansleri Olaf Şolz ilə danışıqların yekunlarına dair mətbuat konfransında respublikanın Drujba neft kəməri ilə Almaniyaya neft nəqlinin həcmini artırmağa hazır olduğunu bildirib.

 

Müəlif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti bahalaşdı
Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edir
Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötüb