Fələstinin Həmas hərəkatı İsraillə atəşkəsi müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki,Bu barədə “AlHadath” telekanalı məlumat yayıb.
Fələstin hərəkatının bəyanatında deyilir: “Biz [Həmas nümayəndələri] İsraillə atəşkəsi müzakirə etməyə hazırıq.
Bundan əvvəl məlum olmuşdu ki, İsrail Müdafiə Qüvvələri (İDF) hərbçiləri hətta bu əsir götürülən həmvətənlər üçün potensial təhlükə yarada biləcəyi hallarda belə, Qəzza zolağında Fələstin HƏMAS hərəkatının hədəflərini vuracaq.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir qılınclar” adlanırdı.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR