BMT-nin baş katibi Antonio Quterreş brifinqdə İsraili Qəzzadakı əməliyyatlar zamanı humanitar qanunlara hörmət etməyə çağırıb.
Oxu24.com xəbər verir ki, Reuters məlumat yayıb.
O, həmçinin İsrailin Qəzza zolağının blokadaya alınması qərarından narahatlığını bildirib və tərəfləri danışıqlara çağırıb.
Bundan əvvəl Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyib. Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində deyilir.
Bundan əlavə, o qeyd edib ki, Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.
Təşkilatın baş katibinin sözlərinə görə, İsrail ətrafında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik səylərə ehtiyac var.
Oktyabrın 7-də Həmas qüvvələri İsrail ərazisinə 3 mindən çox raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir qılınclar” adlanırdı.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR