Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96247
az

Təbii qazın qiymətində artım - Yeni qiymət

19:0809 Oktyabr, 2023
439
REDAKTORUN SEÇİMİ
  • A

Avropada təbii qazın qiymətləri 8,8 faiz artaraq 40 avro həddini ötüb.

 

Oxu24.com  xəbər verir ki,  London ICE birjasının məlumatına görə, noyabrda qaz tədarükü üzrə müqavilələrinin dəyəri cari məzənnə nəzərə alınmaqla 41,6 avro və ya min kubmetr üçün təxminən 458 dollar səviyyəsinə çatıb.

Buna səbəb kimi Estoniyadan Finlandiyaya gedən dənizaltı boru kəmərində yanacaq sızmasının aşkarlanması ilə bağlı olub. 

Qeyd edək ki, oktyabrın 8-nə keçən gecə boruda təzyiq kəskin şəkildə aşağı düşüb, bundan sonra qaz tədarükü dayanıb.

Zədələnmiş ərazinin təmirinin bir neçə ay çəkə biləcəyi qeyd olunur. Eyni zamanda, bunun profilaktik işlərin ekstremal hallar da nəzərə alınmaqla qışın sonuna qədər uzana biləcəyi istisna olunmur.

Xatırladaq ki, Baltik dənizinin dibi ilə Finlandiyaya qədər uzanan "Balticconnector"un uzunluğu təqribən 80 kilometrdir, gücü ildə 2,6 milyard kubmetrə qədərdir. Finlandiya bu marşrutla Latviyanın anbarlarından qaz alır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aktrisa Çimnaz Sultanova vəfat edib
Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib
Əhaliyə sabahki günlə bağlı XƏBƏRDARLIQ

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək