Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96232
az

İsrailə dəhşət yaşadan şəxsin kimliyi bəlli oldu: Fələstinlilər onu niyə “Qonaq” adlandırır?

17:3709 Oktyabr, 2023
149
DÜNYA
  • A

Britaniyanın "Financial Times" qəzeti HƏMAS-ın hərbi qanadının lideri İzzəddin əl-Qəssam briqadasının həyata keçirdiyi hücumların arxasında duran şəxslə bağlı diqqətçəkən məqalə dərc edib.

OXU24.COM bildirir ki, "Qonaq: İsrailə qarşı ölümcül hücumun arxasındakı memar" başlıqlı xəbərdə İzzəddin əl-Qəssam briqadalarının komandiri Məhəmməd əl-Deyfin İsrail kəşfiyyatına yaxalanmamaq üçün hər gecə fərqli bir fələstinlinin evində qaldığı bildirilib.

"Financial Times" Deyfin "Qonaq" ləqəbinin buradan gəldiyini vurğulayıb. İngilis qəzetinə danışan fələstinli professor Mkhaimar Abusada deyib: "Bu hücumdan əvvəl Deyf az qala müqəddəs bir insan idi və həm HƏMAS, həm də fələstinlilər ona hörmət edirdi".

Fələstinli professor son əməliyyatla "Qonağ"ın hörmətinin artacağını bildirib.

Fələstinli bir silahlı səs yazısında İsraili hədələyib. Mesajda bildirilib ki, Qəzza zolağına hakim olan HƏMAS-ın tələblərinə qulaq asmasalar, İsrail "ağır bir bədəl ödəyəcək".

Mesaj HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadalarının tutulmaz lideri Məhəmməd Deyfə aid olub. İsrailin ən çox axtarılan adamlarından biri olan Deyf 7 illik səssizliyini bu mesaj ilə pozub.

İsrailin ölüm siyahısında adı birinci olan Deyf hələ ələ keçməyib. Amerikanın "New York Times" qəzetinə danışan İsrail Ordusunun sözçüsü Hidai Zilberman deyib ki, əməliyyat boyu Məhəmməd Deyfi zərərsizləşdirməyə çalışıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Rusiyanın dərinlikləri TƏHLÜKƏ ALTINDA -Bayden buna icazə verə bilər
Türkiyənin ən gözəl qızı seçildi, tənqidlərə tuş gəldi -FOTOLAR

Livandan İsrailə 40 raket atıldı


Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU -FOTO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Cinayətdə şübhəli bilinən 34 nəfər saxlanıldı