Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96223
az

Bakıda biznesmen 300 min vergini büdcədən yayındırdı - həbs edildi

14:5609 Oktyabr, 2023
131
CƏMİYYƏT
  • A

"Alyans Biznes"​ MMC və bir neçə şirkətin rəhbəri Elxan Vahidov həbs edilib.

 Iş adamı barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (Külli miqdarda verdini ödəməkdən yayınma) maddəsi ilə açılmış işin materialları Yasamal Rayon Məhkəməsinə göndərilib.

Bildirilib ki, E.Vahidovun şirkətlərinin büdcəyə ümumilikdə 283 min 383,82 manat vergi borcu formalaşıb və o, həmin vergiləri ödəməkdən yayınıb.

Belə ki, mülki iddiaçı Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi E.Vahidovdan 63 min 577,25 manat, digər mülki iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə 219 min 806,57 manat tutulmasını tələb edib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə iş adamına 2 il 6 ay müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il, 2 ay, 14 gün müddətə həbs cəzası verilib.

Cəza təyin edilərkən onun ev dustaqlığında olma müddəti nəzərə alınıb. Həmçinin E.Vahidova qarşı mülki iddialar təmin olunub. Məhkəmə qərar verib ki, dövlət büdcəsinə vurduğu 283 min 383,82 manat pul vəsaiti E.Vahidovdan tutularaq dövlət büdcəsinə keçirilsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...