Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96190
az

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 120 hədəfinə hava zərbələri endirib

21:5108 Oktyabr, 2023
131
DÜNYA
  • A

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatının Qəzza zolağında 120 hədəfinə zərbələr endirib.

Oxu24.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında məlumat yayılıb.

“IDF qırıcıları Qəzza zolağının Beyt Hanun bölgəsində 120 terrorçu hədəfə zərbələr endirib”, - deyə məlumatda bildirilir.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, zərbələr Qəzza şəhərinin şimalında Həmas yaraqlılarının istifadə etdiyi əməliyyat tunelinə də endirilib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın andiçmə mərasimi ilə bağlı dəyişiklik ola bilər
"TikTok" ABŞ-da QADAĞAN olunur - Bu tarixdən...
Amerikalı kinorejissor 87 yaşında vəfat edib

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı