Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96184
az

Bayden İsrailə əlavə yardım əmri verdi

21:0308 Oktyabr, 2023
152
DÜNYA
  • A

ABŞ prezidenti Co Bayden Fələstin HƏMAS silahlılarının hücumu ilə əlaqədar İsrailə əlavə yardım göndərilməsi barədə göstəriş verib.

Oxu24.com xəbər verir  ki,bu barədə TASS Ağ Evə istinadən xəbər verir.

Ağ Evin məlumatına görə, bazar günü, oktyabrın 8-i səhər saatlarında milli təhlükəsizlik komandası Baydenə və ABŞ-ın vitse-prezidenti Kamala Harrisə İsraildəki vəziyyətlə bağlı məlumat verib.

“Prezident HƏMAS-ın misli görünməmiş terror hücumu qarşısında İsrailə əlavə yardım göstərilməsi barədə göstəriş verib”, - bəyanatda deyilir.

Ağ Ev konkret hansı yardımdan söhbət getdiyini açıqlamayıb.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin özünümüdafiə hüququ məsələsində ABŞ-ın sarsılmaz mövqeyini bəyan edib.

Onun sözlərinə görə, yaxın günlərdə Amerika müdafiə departamenti İsrailin özünü müdafiə etmək və mülki insanları “təsadüfi zorakılıq və terrorizmdən” qorumaq üçün lazım olan hər şeyə malik olmasını təmin etməyə çalışacaq.

Oktyabrın 7-də İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti bildirib ki, Qəzza zolağından olan terrorçular anklavdan iri raket hücumundan sonra İsrailin sərhəd bölgələrinə daxil olublar.

HƏMAS silahlıları İsraillə həmsərhəd şəhərlərə, eləcə də Təl-Əvivin ərazilərinə raket zərbələri endirib. İsrailin müdafiə naziri Yoav Qalant Fələstinin radikal islamçı hərəkatının ölkəsinə müharibə elan etdiyini bildirib. Bütün bunların fonunda Müdafiə Nazirliyinin rəhbəri ölkədə ehtiyatda olan hərbçilərin kütləvi toplanışını elan edib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın andiçmə mərasimi ilə bağlı dəyişiklik ola bilər
"TikTok" ABŞ-da QADAĞAN olunur - Bu tarixdən...
Amerikalı kinorejissor 87 yaşında vəfat edib

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı