Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96181
az

İsrail ordusu Qəzza zolağında 800 hədəfi vurub

20:4608 Oktyabr, 2023
178
DÜNYA
  • A

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında 800-ə yaxın hədəfi vurduğunu bildirib.

Oxu24.com xəbər verir ki,Bu barədə yerli “Haaretz” qəzeti İsrail ordusunun sözçüsü Daniel Həqariyə istinadən məlumat yayıb.

“IDF təxminən 800 hədəfə zərbələr endirib”, materialda deyilir.

Həqarinin sözlərinə görə, İsrailin daxilində hələ də düşmən qüvvələri var; sızanlardan bəziləri yenidən Qəzza zolağına qaçmağa çalışsalar da, məhv ediliblər.

O bildirib  ki, İDF qüvvələri bir neçə bölgədə yerləşdirilib: İsrailin Qəzza zolağı ilə sərhədinin periferiyasında, Beeri, Kfar Azz, Zikim, Nahal Oz, Kissufim və digər yerlərdə.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO