Rusiyanın Fələstin Milli Administrasiyasındakı (PNA) missiyası Qəzza zolağından təxliyə olunacağı təqdirdə Rusiya vətəndaşlarının siyahılarını tərtib edir.
Oxu24.com xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat katibi Aliyə Zaripova bildirib.
Onun sözlərinə görə, oktyabrın 8-dən etibarən Ramallahdakı diplomatik nümayəndəlik Qəzza zolağından təxliyənin təşkili ilə bağlı Rusiya Federasiyası vətəndaşlarından müraciətlər almağa başlayıb.
“Biz mesajları qeyd edirik, nəzərə alırıq, siyahılar tərtib edirik”, - deyə Zaripova bildirib.
Mətbuat katibinin sözlərinə görə, hazırda regionda davam edən hərbi toqquşmalar səbəbindən rusların təxliyəsi ilə bağlı dəqiq qərarlar yoxdur.
Bundan əvvəl İsraildə vəziyyətin gərginləşməsi fonunda yaralananların və xəstəxanaya yerləşdirilənlərin sayının 1864-ə çatdığı bildirilmişdi. Bu barədə “Times of Israel” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR