Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96175
az

İsrail Livanla sərhəddə yerləşən şəhərlərin boşaldılması üçün hazırlıqlara göstəriş verib

19:4808 Oktyabr, 2023
116
DÜNYA
  • A

İsrailin müdafiə naziri Yoav Gallant Livanla sərhədə yaxın yaşayış məntəqələrinin boşaldılması üçün hazırlıqlara göstəriş verib.

Oxu24.com xəbər verir ki,Bu barədə “Haaretz” qəzeti yazır.

“Müdafiə naziri Gallant Livanla sərhədə yaxın əhalinin məskunlaşdığı ərazilərin boşaldılması üçün hazırlıqların görülməsinə göstəriş verib”, - bəyanatda deyilir.

Oktyabrın 8-də İsrail ordusu Qəzza zolağının Fələstin anklavı ilə sərhəddə yerləşən yaşayış məntəqələrinin sakinlərini təxliyə etməyə başladığını elan edib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı.

Netanyahunun sözlərinə görə, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı çətin və uzun sürəcək.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın andiçmə mərasimi ilə bağlı dəyişiklik ola bilər
"TikTok" ABŞ-da QADAĞAN olunur - Bu tarixdən...
Amerikalı kinorejissor 87 yaşında vəfat edib

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı