Fransada yataq problemi ilə əlaqədar bir neçə şəhərdə məktəblər bağlanıb.
Oxu24.com xəbər verir ki,bu barədə “Le Parisien” Fransa Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Milli Təhsil və Gənclər Naziri Qabriel Attal oktyabrın 5-də mediaya deyib: "Biz indi 17 təhsil müəssisəsində yataq böcəkləri tapdıq, onlardan yeddisini bağladıq".
Günün əvvəlində Təhsil Nazirliyi ümumilikdə 1500 uşağın təhsil aldığı beş məktəbin bağlandığını elan etdi: Marsel, Le Pontet, Louan, Saint-Dié-des-Voqers və Villefranche-də fəaliyyəti dayandırılmış təhsil müəssisələri yerləşir.
Bundan əvvəl London sakinləri şəhərdə yataq qurdlarının peyda olmasından narahat olduqlarını bildiriblər.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR