Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, o, fələstinli həmkarı Riyad əl-Malikidən İsrailə hücumu pisləməyi xahiş edib.
Oxu24.com xəbər verir ki,O, bu barədə X sosial şəbəkəsindəki hesabında (“x”, keçmiş Twitter) məlumat verib.
O, həmçinin qeyd edib ki, əl-Maliki ilə telefon danışıqları olub.
"Mən bu hərəkətləri pisləməyə çağırdım və yüzlərlə insanın ölümünə səbəb olan zorakılığı dayandırmaq üçün regional koordinasiyaya ehtiyac olduğunu bildirdim", deyə Rau bildirib.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR