Bu gün Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Fikrət Piriyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Bu barədə Oxu24.com-a F.Piriyevin vəkili Əli Hüseynov məlumat verib.
O deyib ki, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Piriyevin təqsiri məhkəmədə sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, hadisə ötən ilin fevralın 3-də Nizami rayonu, Qara Qarayev prospektində baş verib.
Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin bölüyünün polis serjantı Piriyev Fikrət Arif oğlu ona təhkim olunmuş “Fiat-Doblo” markalı, 90-AP-164 nömrəli avtomobillə Nizami rayonu Qara Qarayev prospekti ilə hərəkətdə olarkən, piyada, 1989-cu il təvəllüdlü Günel İbrahimovanı vurub və sonuncu hadisə yerində keçinib.
Məlum olub ki, G.İbrahimova hadisədən bir müddət əvvəl nişanlanıbmış. Oxu24.com
ŞƏRHLƏR