Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96151
az

Sabahdan temperatur 5-10° enəcək – Xəbərdarlıq

21:3007 Oktyabr, 2023
169
CƏMİYYƏT
  • A

Bakıda və Abşeron yarımadasında oktyabrın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 09-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, oktyabrın 09-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək, 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 08-i gündüzdən 09-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 09-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 09-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay;

Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay;

Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay;

Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay;

Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər
Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO