İsveçrə Futbol Assosiasiyası (SFA) Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və İsveçrənin İsraildəki səfirliyi ilə əlaqə saxladığını bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə SFA-nın bəyanatında deyilir.
“İsveçrə Futbol Assosiasiyası UEFA, İsveçrə Federal Polis İdarəsi və İsveçrənin İsraildəki səfirliyi ilə əlaqə saxlayır. İsrail - İsveçrə matçının gələn cümə axşamı baş tutub-tutmayacağına UEFA qərar verəcək. İsveçrə komandasının təlim-məşq toplanışı bazar ertəsi Sürixdə başlayacaq”, - deyə məlumatda bildirilir.
Avro-2024-ün qrup mərhələsinin VII turunun İsrail - İsveçrə oyunu oktyabrın 12-nə təyin edilib. Görüş Təl-Əvivdə baş tutacaq.
Oktyabrın 7-də Həmas qüvvələri İsrail ərazisinə 5 mindən çox raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı.
Müəllif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR