Təxminən 200-300 Həmas yaraqlısı İsrailin sərhəd bölgələrinə daxil olub.
Oxu24.com xəbər verir ki,bu barədə “Haaretz” məlumat yayıb.
"Şənbə günü səhər saatlarında 200-300 HƏMAS yaraqlısı İsrailə daxil olub, onlarla hərbçi hələ də İsrail torpaqlarında gizlənib", - hesabatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, İsrail kəşfiyyat xidmətləri keçən həftə Qəzza zolağının əhalisi arasında potensial itkilərə görə HƏMAS-ın müharibədən yayınmaq istəyəcəyini proqnozlaşdırmışdı. Oktyabrın 7-də səhər saatlarından etibarən İsrail ərazisi atəş altındadır; Baş nazir Benyamin Netanyahu baş verənlər fonunda bütün tədbirlərin ləğv edildiyi Təl-Əvivə getdi.
İsrail ordusu ehtiyatda olan əsgərlərə çağırış elan edib və Qəzza zolağında “terrorla mübarizə” Dəmir Qılınclar əməliyyatına başlayıb: onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS-ın hədəflərini vurmağa başlayıb. Oktyabrın 7-də günün sonuna kimi İsrail ərazisinin HƏMAS silahlılarından təmizlənməsi planlaşdırılır.
Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR