Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96136
az

Fransa və Hollandiya HƏMAS-la münaqişədə İsraili dəstəkləyib

19:4907 Oktyabr, 2023
95
DÜNYA
  • A

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makron və Hollandiyanın baş naziri Mark Rutteyə zəng edib.

Oxu24.com xəbər verir  ki,bu barədə TASS İsrail hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Siyasətçilər Qəzza zolağı ətrafında gərginliyin artmasını müzakirə ediblər.

“Baş nazir Benyamin Netanyahu  Fransa prezidenti Emmanuel Makron və Hollandiyanın baş naziri Mark Rutte ilə danışıb. Hər iki lider İsrailin özünü müdafiə etmək hüququnu tam dəstəkləyib”, – hökumətin bəyanatında deyilir.

Oktyabrın 7-də Həmas qüvvələri İsrail ərazisinə 5 mindən çox raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. Baş nazir Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı.

Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.

Bundan əvvəl iranlı deputatlar Fələstinin Həmas hərəkatının İsrailə qarşı “Əl-Əqsa tufanı” hərbi əməliyyatını dəstəkləyib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib
Macarıstanın Parisdəki səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu