Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96119
az

Lukaşenko Putini ad günü münasibətilə təbrik edib

10:5207 Oktyabr, 2023
99
DÜNYA
  • A

Oxu24.com  xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik edib.

Onun sözlərinə görə, Putinin seçdiyi həyat yolu “Vətənə fədakar xidmətin parlaq və inandırıcı nümunəsidir”.

O, həmçinin qeyd edib ki, Belarus Putinin Belarus-Rusiya əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni və dövlətlərarası inteqrasiyanın daha da dərinləşdirilməsində onun ardıcıl mövqeyini yüksək qiymətləndirir.

Daha əvvəl bildirilmişdi ki, Putin doğum günündə, oktyabrın 7-də Qazaxıstan vasitəsilə Özbəkistana Rusiya qazının nəqlinə başlayacaq.

O, Özbəkistan lideri Şavkat Mirziyoyevlə birlikdə Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinə başlanılması mərasimində iştirak edəcək.

Qeyd olunur ki, Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin noyabrında Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqli imkanlarını müzakirə ediblər. Müvafiq müqaviləni iyun ayında “Qazprom”un rəhbəri Aleksey Miller və Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov imzalayıblar.

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyük Britaniya Xarici İşlər Nazirliyi diplomatların Rusiyadan çıxarılmasına münasibət bildirib
Hindistan SVO-da iştirak edən bəzi vətəndaşların tərxis olunduğunu elan etdi
Ukrayna Kurskda nə itirib?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+