Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96100
az

Gürcüstan prezidenti tərəfdaşlarını Rusiya nın Abxaziyada baza yaratmaq planlarına cavab verməyə çağırıb

21:1006 Oktyabr, 2023
121
DÜNYA
  • A

Oxu24.com  xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti Rusiyanın Abxaziya ərazisində daimi hərbi dəniz bazası yaratmaq planlarına cavab verməyə çağırıb.

“Mən Gürcüstanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti dərhal reaksiya verməyə çağırıram...”,-deyə  dövlət başçısının bəyanatında deyilir.

Zurabişvili vurğulayıb ki, respublika ərazisində hərbi-dəniz bazası açmaq qərarı Qara dəniz regionu və bütövlükdə Gürcüstanın Avropa inkişafı üçün təhlükə yaradır.

Bundan əvvəl Avropa İttifaqı da Rusiyanın Abxaziyada hərbi-dəniz bazası qurmağı planlaşdırdığına dair məlumatların ortaya çıxması ilə bağlı “dərin narahatlığını” ifadə edib.

“Avropa İttifaqı Rusiyanın Abxaziya bölgəsində Qara dəniz donanması üçün daimi hərbi dəniz bazası yaratmaq planlarına dair məlumatlardan dərin narahatlığını ifadə edir”, - bəyanatda deyilir.

Bundan əvvəl Abxaziya prezidenti Aslan Bjaniya Abxaziyada Qara dəniz sahilində Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni daimi bazanın yaranacağını və artıq müvafiq sazişin imzalandığını bildirmişdi. Oçamçira rayonunda yerləşəcək.

Rusiya Abxaziyanın suverenliyini 26 avqust 2008-ci ildə tanıyıb. Bu il respublikada hadisənin 15 illiyi şərəfinə bayram tədbirləri keçirilib. İndi Rusiya və Abxaz hərbçiləri respublikanın təhlükəsizliyini təmin etmək üçün birgə çalışırlar. Abxaziya sərhədlərində Rusiya FSB-nin sərhədçiləri də işləyir.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"TikTok" ABŞ-da QADAĞAN olunur - Bu tarixdən...
Amerikalı kinorejissor 87 yaşında vəfat edib
ABŞ-ın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatdı