Suriyanın Homs şəhərində hərbi məktəbə pilotsuz təyyarənin hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb.
Oxu24.com xəbər verir ki,bu barədə Suriya İnsan Haqları Şurası məlumat yayıb.
Ölənlərin və yaralananların əksəriyyəti məktəbə dəvət olunmuş suriyalı əsgərlərin qohumlarıdır. Onların arasında qadınlar və uşaqlar da var.
Məzuniyyət mərasimində Suriyanın müdafiə naziri Əli Mahmud Abbas iştirak edib. Təntənəli buraxılış 1973-cü il Ərəb-İsrail müharibəsinin 50-ci ildönümünə təsadüf etdi.
Oktyabrın 3-də İsrail Müdafiə Qüvvələri Suriya Silahlı Qüvvələrinin ölkənin şərqində yerləşən mövqelərinə aviazərbələr endirib. Hücum nəticəsində iki Suriya əsgəri yaralanıb.
Sentyabrın 18-də amerikapərəst koalisiyanın MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsi Suriyanın şimal sərhədi boyunca planlı uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinin Su-35 təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR