Əl Mayadin: Suriyanın şimal-şərqində ABŞ koalisiyası türk Bayraktarını vurub
Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi beynəlxalq koalisiyanın raketi Suriyanın Həsəkə əyalətində Türkiyənin “Bayraktar” pilotsuz təyyarəsini vurub.
Oxu24.com xəbər verir ki,Bu barədə mənbəyə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.
“Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatı Həsəkənin şimal-qərbindəki Tell Beydar qəsəbəsi yaxınlığında vurulub”, - telekanalın həmsöhbəti qeyd edib.
Jurnalistlərin sözlərinə görə, PUA vurulmazdan əvvəl koalisiya bazasının üstündəki hava məkanına daxil olub.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR