Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96029
az

Yaponiya hökuməti əhaliyə səsləndi: 6 saatdan az yatmayın

17:2505 Oktyabr, 2023
84
DÜNYA
  • A

Yaponiya hökuməti yuxusuzluqdan əziyyət çəkən böyüklərə yuxu müddətini və keyfiyyətini yaxşılaşdırmaq üçün gecə ən azı 6 saat yatmağı tövsiyə edib.

 OXU24.COM  xəbər verir ki, hökumətin hesabatında tövsiyə olunan yuxu vaxtları da yaş qruplarına görə fərqlənib.

Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin araşdırması göstərib ki, ölkə üzrə kişilərin 37,5 faizi və qadınların 40,6 faizi gündə orta hesabla 6 saatdan az yatır.

Bu səbəbdən Nazirlik tövsiyyə hesabatı layihəsi hazırlayıb.   

Sözügedən hesabatda yuxu müddətləri "həyəcan verici" olaraq izah edilib.

Buna uyğun olaraq, 1-2 yaşlı uşaqlar üçün 11-14 saat, 3-5 yaşlı uşaqlar üçün 10-13 saat, ibtidai sinif şagirdləri üçün 9-12 saat, məktəb və ali məktəb tələbələri üçün 8-10 saat yuxu tövsiyə olunub.  

Nazirlik həftə ərzində ictimaiyyətlə paylaşılan hesabatı ilin sonuna kimi yekunlaşdıracaq.

Mütəxəssislər gündə 6-8 saat yuxunun böyüklər üçün ideal olduğunu iddia edib. Gündə 7 saat yatanların depressiya, xərçəng və ürək döyüntüsü kimi xəstəliklərdən əziyyət çəkmə ehtimalı az olduğu qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Şoyqu bu vəzifəyə təyin edildi
Putin onu müdafiə naziri postuna təklif etdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi