Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95990
az

Keçmiş polis insident törətdi: Həbs olundu

16:3704 Oktyabr, 2023
254
KRİMİNAL
  • A

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Polis İdarəsində qəribə hadisə baş verib.

OXU24.COM xəbər verir ki, əvvəllər polis nəfəri kimi çalışmış 1992-cü il təvəllüdlü Nurlan S. qardaşının işi ilə əlaqədar idarəyə gedərək insident törədib.

Belə ki, Nurlan qeydiyyatdan keçmədən inzibati binaya daxil olub. Bu zaman qapıda dayanan polis əməkdaşı onu saxlayıb və idarəyə daxil olan mülki şəxslərin mütləq qeydiyyatdan keçməli olduğunu bildirib.

Burada keçmiş polis əməkdaşı ilə idarə əməkdaşları arasında mübahisə yaranıb. Nurlan polis əməkdaşının ona müraciətinə etiraz edib. Mübahisə böyüdüyündən Nurlan barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Saxlanılan şəxs protokolla birgə Naxçıvan şəhər Məhkəməsinə göndərilib və onun barəsində 7 sutkalıq həbs qərarı verilib.

Qeyd edək ki, həbs edilən şəxs polis sistemindən bir müddət əvvəl kənarlaşdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bakıda kütləvi dava -VİDEO
26 yaşlı qız özünü güllələdi
Bakıda qəza tıxaca səbəb oldu