Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95962
az

Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

22:3103 Oktyabr, 2023
126
DÜNYA
  • A

Moldovanın Rusiya Federasiyasındakı səfiri Lilian Darius çərşənbə axşamı, oktyabrın 3-də Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxu24.com xəbər verir ki,Nazirlikdən verilən məlumata görə, ona qarşı rusdilli KİV-lərə təzyiqlərlə bağlı etiraz edilib.

“Moldova tərəfi Moldovada rusdilli KİV-lərə qarşı davam edən siyasi motivli təqiblərlə bağlı kəskin etirazını bildirib”, - nazirliyin rəsmi saytında deyilir.

Xarici İşlər Nazirliyi Sputnik Moldova rəhbəri Vitali Denisovun sentyabrın 13-də Moldovadan qovulması ilə bağlı qərara işarə edib.

Nazirlik güzgü tədbiri olaraq Moldovada söz azadlığının və rusiyalı jurnalistlərin hüquqlarının məhdudlaşdırılması ilə bilavasitə əlaqəsi olan bir sıra şəxslərin Rusiyaya girişinə icazə verilməyəcəyini bildirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropada daşqınlar 6 nəfərin həyatına SON QOYDU -VİDEO
Rusiyanın yeni taktikası ABŞ-ı QORXUYA SALDI -Bu qış nə baş verə bilər?
İranlı deputat Rusiyanı tənqid edib