Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95961
az

Berlində Ukraynaya dəstək əleyhinə etiraz yürüşü keçirilib

22:1703 Oktyabr, 2023
97
DÜNYA
  • A

Almaniyanın paytaxtında Ukraynaya silah tədarükünə qarşı etiraz yürüşü keçirilib. Etirazçılar həmçinin hökumətin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Oxu24.com xəbər verir ki,Berlin polisinin mətbuat xidmətindən  verilən məlumata görə, ilkin hesablamalara görə, etiraz yürüşündə təxminən 4 min insan iştirak edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 350-yə yaxın insan bu aksiyaya qarşı çıxıb, lakin onlar yürüşə mane olmayıblar - yürüş zamanı yalnız bir neçə şifahi mübahisə baş verib.

Yürüşü sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına yaxın fəallar, eləcə də əvvəllər hökumətin COVID-19 ilə mübarizə tədbirlərinə qarşı çıxan Querdenker hərəkatının nümayəndələri elan ediblər. Bu hərəkat sağçı populist sayılır və bir sıra sağçı radikal təşkilatları birləşdirir.

Yürüş iştirakçıları, onların fikrincə, enerji siyasətində bir sıra səhvlərə yol verən və koronavirus infeksiyası ilə mübarizədə qeyri-qanuni addımlar atan hökumətin yenidən seçilməsinə çağırıblar. Etirazçılar həmçinin Kiyevə hərbi dəstəyi dayandırmağa, Ukraynadakı münaqişənin diplomatik yolla həllinə və Moskva ilə dostluq münasibətlərinin bərpasına çağırıblar.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ