Türkiyədə evə oğurluğa girən şəxs hadisə yerində tutulub.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Sultanbəylidə oğurluq məqsədilə evə daxil olan şəxs mühafizəçilər tərəfindən cinayət başında yaxalanıb.
Oğurluğa girən şəxs kameraya çəkilib.
Hadisə gecə saat 01:00 radələrində İstanbul Sultanbəyli məhəlləsi, Hikmətyar küçəsində baş verib.
İddialara görə, adı açıqlanmayan şəxs oğurluq etmək üçün ikimərtəbəli evin divarından tullanaraq evə daxil olub. İki mərtəbəli evə oğurluq üçün girildiyini görən ətraf məhəllə sakinləri vəziyyəti polis qruplarına xəbər verib. Vəziyyətlə bağlı məlumat verildikdən sonra Sultanbəyli Rayon Polis Şöbəsinin mühafizəçiləri hadisə yerinə cəlb olunub. Evin divarından tullanaraq qaçmağa çalışan oğru mühafizə qrupları tərəfindən yaxalanıb.
Müəllif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR