Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95953
az

Quldurlar 20 milyon pulu maşından belə oğurladı - ANBAAN VİDEO

20:5803 Oktyabr, 2023
155
  • A

Rusiyanın paytaxtında avtomobildən 20 milyon rubl oğurlanıb.

Oxu24.com xəbər verir  ki,REN TV Moskvanın Donetska küçəsində quldurların atəş açaraq avtomobilin içərisindən içərisində 20 milyon rubl olan çantanı çıxararaq "Mercedes"də bir nəfərin qarət edildiyi anının videosunu əldə edib.


Videoda şosse ilə hərəkət edən hücumçuların avtomobilinin necə ötməsi və Mercedes-in keçidini kəsdiyi görünür. Sonra qara kostyumlu dörd kişi maşından düşür, zərərçəkənin avtomobilini mühasirəyə alır, şüşələri sındırır, atəş açır, salondan çantanı çıxarır və qaçırlar.

Moskva prokurorluğunun məlumatına görə, hücum edənlərin avtomobili daha sonra Batayski proezdində tərk edilmiş halda tapılıb.

Xatırladaq ki, hadisə oktyabrın 3-də baş verib. Quldurlar “Mercedes”də olan şəxsə 7 dəfə atəş açıblar. Zərərçəkmiş döş qəfəsindən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanı törədən şəxslərin axtarışı və tutulması istiqamətində tədbirlər görür. Faktla bağlı “quldurluq” maddəsi ilə cinayət işi başlanıb.

 

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+