Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95950
az

Nigeriyada Lassa qızdırmasından  181 nəfər ölüb

20:2403 Oktyabr, 2023
108
  • A

Nigeriyada ölümcül ola bilən və heyvanlardan insanlara keçə bilən Lassa qızdırması səbəbindən bu il ölənlərin sayı 181-ə yüksəlib.

Oxu24.com xəbər verir  ki,Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada ölkədə yanvar-sentyabr ayları arasında Lassa qızdırması epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 əyalətin 112 bölgəsində yayılmağa davam etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu dövrdə 1068 Lassa qızdırması aşkar edilib və epidemiya nəticəsində həyatını itirənlərin sayı 181-ə yüksəlib.

Fövqəladə vəziyyət elan edilib

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

2022-ci il yanvarın 1-dən noyabrın 20-dək ölkədə 989 nəfərə yoluxma aşkarlanıb, 178 nəfər ölüb.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İndoneziya da BRİKS-ə     üzv      oldu
Almaniyada banka bıçaqlı hücum- Video
Rusiyada yeni təhsil sistemi- Bakalavr pilləsi ləğv edilir

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”