Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95937
az

Sülh müqaviləsi üçün 4 məkan: - Hansı seçiləcək?

19:2103 Oktyabr, 2023
377
SİYASƏT
  • A

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlı danışıb.

 

O bildirib ki, Vaşinqton Bakı və İrəvanı danışıqlara təşviq edir:

 

“Dövlət Departamenti Azərbaycan və Ermənistanı həll edilməmiş məsələləri müzakirə etmək və son nəticədə sülhə nail olmaq üçün dinc danışıqlara qayıtmağa təşviq edir”.

 

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin harada imzalana biləcəyi də hər zaman müzakirə predmeti olub. Artıq Qarabağdakı vəziyyətin tamamilə dəyişdiyi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi üçün sülhün əldə olunması daha realdır.

 

Maraqlıdır, sülh sazişinin məkanı hara olacaq? Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 5 oktyabrda Qranadada keçiriləcək görüşdə imzalana bilər?

 

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, Qranadada hər hansısa sülh müqaviləsinin imzalanmasını gözləmək hələ tezdir:

 

“Hesab edirəm ki, İspaniyanın Qranada şəhərində keçiriləcək görüş Qərb dünyasının Azərbaycanla bağlı siyasəti üçün bir test imtahanı olacaq. Çünki ABŞ başda olmaqla, Qərbin Fransa üzərində qurduğu anti-Azərbaycan siyasəti tamamilə uğursuzluğa düçar oldu.

 

Birgünlük antiterror əməliyyatı nəticəsində ABŞ və Avropa İttifaqı oyundankənar vəziyyətdə qaldı. Birtərəfli qaydada erməniyönümlü siyasətinin aparılması və Azərbaycanın maraqlarının gözardı edilməsi bizi həmin antiterror əməliyyatlarını daha tez keçirməyə sövq etdi. Yəni Azərbaycan özü yenidən hərbi-siyasi hadisə yaratmaqla, prosesləri təkbaşına tənzimləmək vəziyyəti yaratdı.

 

Belə bir vəziyyətdə isə Qərb dünyası tamamilə kənara qaldı. Dəfələrlə xəbərdarlıq etmişdik ki, ABŞ və Avropa İttifaqı proseslərə yanaşmada kobud səhv edir. Ancaq Qərb Ermənistana dəstək verdi. Rusiyanın Azərbaycanla maraqları müəyyən mənada üst-üstə düşdüyü üçün nəticə etibarilə prosesdə oyundankənar vəziyyətə salınan Qərb oldu.

 

Ona görə də Qranada görüşü Qərb üçün test olacaq. Əgər Qərb Azərbaycan əleyhinə yanlış siyasətini davam etdirsə, nə Qranada, nə də Brüsseldə keçiriləcək görüşlərdən heç nə gözlənilməyəcək”.

 

Ekspertin sözlərinə görə, sülh müqaviləsinin hansı şəhərdə imzalanmasının Azərbaycan üçün əhəmiyyəti yoxdur:

 

“Sülh müqaviləsinə yanaşmanın hansı şəkildə olacağı daha vacibdir. Azərbaycanın bütün maraqları gözardı edilsə və birtərəfli qaydada Ermənistanyönümlü siyasət qurulsa, sülhdən danışmağın heç bir əhəmiyyəti yoxdur. Çünki rəsmi Bakı buna getməyəcək. Azərbaycan ən böyük problemi həll edərək, ərazi bütövlüyünü bərpa etdi.

 

Əlbəttə ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir. Amma kimə də sülh müqaviləsi lazımdırsa, prosesdə ədalətli mövqe ortaya qoymalıdır. Yalnız bundan sonra hansısa şəhərlərin birində sülh müqaviləsi imzalamaq olar”.

 

Politoloq hesab edir ki, sülh müqaviləsinin Brüsseldə, Vaşinqtonda, Qranada və ya Moskvada imzalanmasının fərqi yoxdur:

 

“Əsas mahiyyət ondan ibarət olmalıdır ki, Azərbaycanın maraqları bu sülh müqaviləsində tam şəkildə bərpa olunsun. Yəni sülh müqaviləsinin nələr ibarət olacağı daha əhəmiyyətlidir.

 

Düşünürəm ki, 8 kəndin Azərbaycana qaytarılması və 300 minə yaxın qərbi azərbaycanlıların Ermənistana qayıtmasını təmin etmək əsas məsələlər olmalıdır. Bu, beynəlxalq hüququn tərkib hissəsidir və rəsmi İrəvan ondan qaça bilməz.

 

Bunlar qəbul olunduqdan sonra sülh müqaviləsinin harada imzalanmasının bir önəmi qalmır. Fikrimcə, bu məsələdə Rusiya və ya Qərb daha çox önə çıxacaq. Kim ədalətli yanaşma ortaya qoysa, Azərbaycan həmin dövlətdə bu şərtlərlə sülh müqaviləsi imzalayacaq”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Cinayətdə şübhəli bilinən 45     nəfər     saxlanıldı